...

Azərbaycanda gündəlik neft hasilatı nə qədər olacaq? – Proqnoz açıqlandı

Energetika Materials 14 Aprel 2026 12:00 (UTC +04:00)
Azərbaycanda gündəlik neft hasilatı nə qədər olacaq? – Proqnoz açıqlandı
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ildə Azərbaycanda neft hasilatının orta hesabla günə 0,58 milyon barel təşkil edəcəyi gözlənilir.

Trend bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) neft bazarı üzrə aprel hesabatına istinadən xəbər verir.

Proqnoz agentliyin əvvəlki qiymətləndirməsi ilə müqayisədə dəyişməz qalıb.

BEA-nın məlumatına görə, 2026-cı ilin birinci rübündə Azərbaycanda neft hasilatı təxminən günə 0,59 milyon barel təşkil edib Növbəti rüblərdə bu göstəricinin bir qədər azalaraq 0,58 milyon barel səviyyəsinə enəcəyi gözlənilir.

Azərbaycanın Energetika Nazirliyinin məlumatına görə, 2026-cı ilin yanvar-mart ayları üzrə respublikada 6,6 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Hasilatın 3,9 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 0,9 milyon tonu “Şahdəniz”in, 0,1 milyon tonu “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 1,7 milyon ton təşkil edib.

Bildirilib ki, bu dövrdə 5,2 milyon ton neft (kondensatla birlikdə) ixrac olunub. Bunun 4,8 milyon tonu konsorsiumların, 0,3 milyon tonu SOCAR-ın, 0,1 milyon tonu isə JOCAP-ın payına düşüb.

Qeyd edək ki, bu ilin 1-ci rübündə xam neft hasilatı orta hesabla gündəlik 61 min ton (450 min barrel), kondensat hasilatı 13 min ton (105 min barrel) təşkil edib. Ümumilikdə neft hasilatı orta hesabla gündəlik 74 min ton (555 min barrel) olub.

Əsas həcm "Azəri-Çıraq-Günəşli" blokunun payına düşüb — 3,9 milyon ton. "Şahdəniz" yatağında hasilat 0,9 milyon ton, "Abşeron" yatağında isə 0,1 milyon ton təşkil edib. SOCAR-ın payına 1,7 milyon ton düşüb.

Hesabat dövründə neft ixracı 5,2 milyon ton olub. Tədarüklərin əsas hissəsi beynəlxalq konsorsiumlar tərəfindən həyata keçirilib, qalan həcmlər isə SOCAR və JOCAP tərəfindən təmin edilib.

Birinci rübdə gündəlik orta neft hasilatı 61 min ton, kondensat hasilatı isə 13 min ton təşkil edib və bununla da ümumi gündəlik karbohidrogen hasilatı 74 min tona çatıb. Göstərilən dövrdə neft emalının həcmi 1,4 milyon ton olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti