...

Sloveniyada NATO-dan çıxmaqla bağlı referendum keçiriləcək

Dünya xəbərləri Materials 14 Aprel 2026 02:13 (UTC +04:00)
Sloveniyada NATO-dan çıxmaqla bağlı referendum keçiriləcək

Bakı. Trend:

Sloveniya Dövlət Məclisinin yeni sədri, "Həqiqət" Partiyasının lideri Zoran Stevanoviç ölkənin NATO-dan çıxması ilə bağlı referendum keçirməyi planlaşdırdığını açıqlayıb.

Trend xəbər verir ki, o bu barədə Sloveniya Radio və Televiziyasına müsahibəsində danışıb.

"Xalqa NATO-dan çıxış məsələsi üzrə referendum vəd etmişik və bu vədimizi yerinə yetirəcəyik", - deyə parlament sədri bildirib.

Stevanoviçin sözlərinə görə, Lyublyana müstəqil və suveren siyasət yürütməli, milli maraqları əsas tutaraq bütün ölkələrlə əməkdaşlıq etməlidir.

O əlavə edib ki, Sloveniya digər dövlətlərin hərbi və diplomatik münaqişələrinə müdaxiləyə qəti şəkildə qarşı olacaq, çünki ölkə bundan heç vaxt fayda görməyib.

Xəbər lenti

Xəbər lenti