Bakı. Trend:
Aprelin 13-də ABŞ ordusu İranın dəniz blokadasına başlayacaq və İran limanlarına gedən bütün gəmilərin, eləcə də onun sahillərindən üzməyə çalışan gəmilərin hərəkətini bloklayacaq.
Trend-in məlumatına görə, bu barədə ABŞ Mərkəzi Komandalığı (CENTCOM) "X" sosial şəbəkəsində yazıb.
"Prezidentin qərarına uyğun olaraq, Mərkəzi Komandanlıq qüvvələri 13 apreldə Şərq sahilləri vaxtı ilə saat 10:00-da İran limanlarına daxil olan və çıxan bütün dəniz nəqliyyatını blokadaya almağa başlayacaq", - deyə bildirilib.
Qeyd edilib ki, blokada İran limanlarına və ya sahil ərazilərinə daxil olan və ya çıxan bütün ölkələrin bütün gəmilərinə obyektiv şəkildə tətbiq olunacaq.
