...

Qohumunun evindən 320 min manat oğurlayan şəxs həbs edilib

Hadisə Materials 12 Aprel 2026 12:57 (UTC +04:00)
Qohumunun evindən 320 min manat oğurlayan şəxs həbs edilib

Bakı. Trend:

Bakının Sabunçu rayonunda evlərdən birində seyfdə saxlanılan 320 000 manat pul vəsaitinin oğurlanması barədə zərərçəkmiş şəxsin polisə müraciəti daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən zərərçəkmişin qohumu, paytaxt sakini, 32 yaşlı Rəhman Əşrəfov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanılıb. R.Əşrəfova qeyd edilən maddə ilə ittiham elan olunub və təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Məhkəmənin qərarı ilə R.Əşrəfovun barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Xəbər lenti

Xəbər lenti