Bakı. Trend:
İran tərəfi Pakistandakı danışıqlarda ABŞ-ın münaqişənin həlli üçün təklif etdiyi şərtlərlə razılaşmayıb.
Trend-in məlumatına görə, bu barədə ABŞ vitse prezidenti Cey Di Vens deyib.
"Razılıq eldə etməyərək, ABŞ-a qayıdırıq", - deyə o bildirib.
Onun sözlərinə görə, ABŞ "danışıqlar zamanı qırmızı xətlərimizin nə olduğunu, hansı məsələlərdə razılığa gələ biləcəyimizi və hansılarında razılığa gələ bilməyəcəyimizi aydın şəkildə izah edib".
"Şərtlərimizlə razılaşmamaq qərarına gəldilər". - deyə o əlavə edib.
