Bakı. Trend:
2024-cü ildə həyata keçirilmiş ilk IPO-dan sonra 2025-ci ildə Azərbaycanın səhm bazarında aktivlik əsasən təkrar bazar ticarəti hesabına formalaşıb.
Trend bu barədə Bakı Fond Birjasına istinadən xəbər verir.
Bildirilib ki, təkrar bazarda ticarət həcmi 12.5 milyon manatdan 15.8 milyon manata yüksəlmişdir ki, bu da investor aktivliyinin sabit qaldığını göstərir.
“Listinqdə olan şirkətlərin bazar kapitalizasiyası 2,67 mlrd AZN olmuşdur (2024: 2,77 mlrd AZN) və bu, qiymətləndirmə səviyyələrinin ümumilikdə sabit qaldığını göstərir. Sektor bölgüsündə maliyyə sektoru üstün mövqedə qalaraq ümumi kapitalizasiyanın 99%-ni təşkil edib, real sektorun payı isə cəmi 1% olub və bu bazarda diverfikasiyaya olan ehtiyacı göstərməkdədir. Bazar kapitalizasiyası əsasən iri şirkətlərdə cəmlənib: kapitalizasiyası 100 milyon manatdan yuxarı olan 7 şirkət ümumi bazar dəyərinin 88%-ni, 10-100 milyon manat arası 6 şirkət 11.1%-ni, 10 milyon manatdan aşağı isə 23 şirkət 0.9%-ni təşkil edib”, - məlumatda qeyd edilib.
