...

ABŞ-nin mövqeyində dəyişiklik olmadan İran Hörmüz boğazını açmayacaq

Dünya xəbərləri Materials 12 Aprel 2026 03:55 (UTC +04:00)
ABŞ-nin mövqeyində dəyişiklik olmadan İran Hörmüz boğazını açmayacaq

Bakı. Trend:

İran ABŞ ilə danışıqları davam etdirmək üçün ortaq mövqe ortaya qoyana qədər Hörmüz boğazının statusunu dəyişdirmək niyyətində deyil.

Trend-in məlumatına görə, bu barədə "CNN" televiziya kanalı İran mənbəsində istinadən xəbər verib.

"İran tələsmir. Ortaq bir əsas əldə olunana qədər Hörmüz boğazının statusu dəyişməz qalacaq və hətta razılaşdırılmış gəmi sayı belə bu ərazidən keçə bilməyəcək", - deyə bildirilib.

Əlavə edilib ki, ABŞ tərəfinin müəyyən məsələlərdə "həddindən artıq tələbləri" hələlik tərəflərə danışıqlar üçün əsas barədə razılığa gəlməyə imkan verməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti