İran və ABŞ arasında danışıqların üçüncü raundu başa çatıb (YENİLƏNİB-5)

Dünya xəbərləri Materials 12 Aprel 2026 02:44 (UTC +04:00)
İran və ABŞ arasında danışıqların üçüncü raundu başa çatıb (YENİLƏNİB-5)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran və ABŞ nümayəndə heyətləri İslamabadda saatlarla davam edən danışıqların üçüncü raundunu başa vurublar.

Trend-in məlumatına görə, bu barədə İran mediası xəbər verib.

Məlumata əsasən, raund başa çatdıqdan sonra ekspert səviyyəsində tərəflər Pakistan vasitəçiləri vasitəsilə yazılı mətn mübadiləsini davam etdirdilər.

xxx

00:26

İran və ABŞ nümayəndə heyətləri arasında danışıqların üçüncü raundu Pakistan vasitəçilərinin iştirakı ilə İslamabadda başlayıb.

Trend-in məlumatına görə, bu barədə İranın dövlət televiziya və radio şirkəti xəbər verib.

Qeyd olunub ki, bu, İran və Amerika tərəflərinin bəzi məsələlərdə razılığa gəlməsi üçün "son şans"dır.

Bu raundda İran Parlamentinin sədri Məhəmməd Qalibaf, xarici işlər naziri Abbas Əraqçi və İran Təhlükəsizlik Şurasının sədr müavini Əli Baqiri iştirak edirlər. ABŞ tərəfini vitse-prezident Cey Di Vens, prezidentin xüsusi elçisi Stiv Vitkoff və sahibkar Cared Kuşner təmsil edir.

xxx

21:00

İran və ABŞ arasında ekspert səviyyəsində keçirilən danışıqlar başa çatıb.

Trend İran mediasına istinadən xəbər verir ki, nümayəndə heyətləri müzakirə olunan məsələlər üzrə yazılı protokollar mübadiləsi aparırlar.

xxx

19:32

İran və ABŞ arasında ekspertlər səviyyəsində danışıqlar iki saatdan çoxdur ki, davam edir.

Trend İran mediasına istinadən xəbər verir ki, danışıqlar qısa fasilədən sonra yenidən bərpa olunub.

Tərəflər arasında dialoqun hələ də davam etdiyi bildirilir.

xxx

17:35

İran və ABŞ arasında müzakirələr ekspertlər səviyyəsinə keçib.

Trend İran mediasına istinadən xəbər verir ki, İran heyətinin mütəxəssis üzvlərinin bir qrupu müzakirələrin keçirildiyi məkana yola düşüb.

xxx

16:35

Pakistan paytaxtı İran və ABŞ arasında müzakirələr başlanıb.

Bu barədə Trend İran mediasına istinadən məlumat verib.

Müzakirələrə İran heyətinə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf və ABŞ heyətinə ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens başçılıq edir.

Qeyd edək ki, ABŞ, İsrail və İran arasında müharibə 41 gün davam edib. Müharibə ilə əlaqədar Pakistanın vasitəçiliyi ilə tərəflər arasında iki həftəlik atəşkəs elan olunub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti