Bakı. Trend:
İslamabadda Pakistanın vasitəçiliyi ilə müzakirələrə başlamaq üçün İranın irəli sürdüyü iki şərt ABŞ tərəfindən qəbul olunub.
Bu barədə Trend İran mediasına istinadən məlumat verib.
Məlumata görə, İranın irəli sürdüyü iki şərt İranın başqa ölkələrdə dondurulan əmlakının sərbəst buraxılması və Livanda atəşkəsin bərpa olunmasıdır.
Qeyd edək ki, bu gün İslamabadda Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında müzakirələr başlanıb. Müzakirələrdə İran heyətinə parlamentin sədri Məhəmməd Baqir Qalibaf və ABŞ heyətinə vitse-prezidenti Ceyms Devid Vens başçılıq edir.
Qeyd edək ki, ABŞ, İsrail və İran arasında müharibə 41 gün davam edib. Müharibə ilə əlaqədar Pakistanın vasitəçiliyi ilə tərəflər arasında iki həftəlik atəşkəs elan olunub.
