...

Keşlə qəsəbəsində yağışdan sonra yaranan fəsadlar aradan qaldırılır (FOTO)

Cəmiyyət Materials 11 Aprel 2026 16:46 (UTC +04:00)
Keşlə qəsəbəsində yağışdan sonra yaranan fəsadlar aradan qaldırılır (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

İntensiv yağan yağışlar nəticəsində Keşlədə kollektorun daşması ilə əlaqədar ərazidə yaranmış fəsadların aradan qaldırılması və infrastrukturun bərpası istiqamətində tədbirlər həyata keçirilir.

Trend xəbər verir ki, görülən işlər çərçivəsində ərazidə genişmiqyaslı sanitar-təmizlik işləri aparılır, həyətyanı sahələr və keçid yolları palçıq və lildən təmizlənərək yuyulur.

Həmçinin, gələcəkdə belə halların təkrarlanmaması və preventiv tədbirlərin görülməsi məqsədilə aidiyyatı qurumlara müraciətlər ünvanlanıb.

Hazırda ərazidə davamlı olaraq dezinfeksiya işləri aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti