...

İsrail ordusu 250-dən çox Hizbullah artileriyaçısını öldürüb (VİDEO)

Dünya xəbərləri Materials 10 Aprel 2026 14:41 (UTC +04:00)
İsrail ordusu 250-dən çox Hizbullah artileriyaçısını öldürüb (VİDEO)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail Müdafiə Qüvvələri (IDF) Livanda əməliyyatlara başlayandan indiyədək Hizbullahın 200-dən çox raket buraxılış nöqtəsini məhv edib və artileriya bölmələrinin 250-dən çox üzvünü öldürüb.

Trend bu barədə İsrail KİV-ə istinadən xəbər verir.

Məlumata görə, öldürülən döyüşçülər arasında 15 komandir olub. Bu həftə isə qruplaşmanın Nəsr regional bölməsinin artileriya rəisi zərərsizləşdirilib.

IDF bəzi zərbələrin görüntülərini “X” səhifəsində paylaşıb.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik, müvəqqəti atəşkəs barədə razılığa gəliblər Məlumatlara görə, razılaşma Pakistanın vasitəçiliyi ilə əldə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti