...

Meksikadakı neft emalı zavodunun anbarında yanğın olub

Dünya xəbərləri Materials 10 Aprel 2026 05:08 (UTC +04:00)

Bakı. Trend:

Meksikanın Tabasko ştatının Dos-Bokas limanında yerləşən "Olmeka" neft emalı zavodunun koks anbarında yanğın baş verib.

Trend-in məlumatına görə, bu barədə "Pemex" neft və qəz şirkəti "X" sosial şəbəkəsində yazıb.

""Olmeka" neft emalı zavodundakı koks anbarında yanğın qeydə alınıb. Ərazidəki bütün təcili yardım xidmətləri hadisə yerindədir", - deyə bildirilib.

Şirkət qeyd edib ki, hadisə nəticəsində xəsarət alanlar barədə hələki məlumat verilməyib.

Xəbər lenti

Xəbər lenti