Bakı. Trend:
Livanda müharibənin dayandırılması Pakistanın təklif etdiyi atəşkəs sazişinin ayırlmaz tərkib hissəsidir.
Trend-in məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai deyib.
Onun sözlərinə görə, bu mövqe Pakistanın Baş nazirinin bəyanatlarında da açıq şəkildə ifadə olunub.
Nazirlik rəsmisi vurğulayıb ki, ABŞ Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılmasına sadiqdir. Onun sözlərinə görə, bu öhdəliyə zidd olan istənilən addım və ya mövqe Vaşinqtonun öz vədlərinə əməl etməməsi kimi qiymətləndiriləcək.
ABŞ ilə müharibənin tam dayandırılması ilə bağlı danışıqların vaxtı və məkanı barədə danışan İ. Bəqai qeyd edib ki, Pakistan hökuməti tərəfləri İslamabada dəvət edib. O bildirib ki, danışıqlar hazırda nəzərdən keçirilir və planlaşdırılır, lakin onların keçirilməsi ABŞ-ın bütün cəbhələrdə atəşkəs öhdəliklərini yerinə yetirməsindən asılı olacaq.
