...

Azərbaycanda bu ilin sonunadək daha iki GES enerjisistemə inteqrasiya olunacaq

Energetika Materials 9 Aprel 2026 20:12 (UTC +04:00)
Azərbaycanda bu ilin sonunadək daha iki GES enerjisistemə inteqrasiya olunacaq
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Xarici investor tərəfindən inşa olunan (Masdar) 445 MVt gücündə Biləsuvar Günəş Elektrik Stansiyasının (GES) və 315 MVt gücündə Neftçala GES-in (Bankə) enerjisistemə inteqrasiyası ilə bağlı tədbirlərin icrasının bu ilin noyabrın 1-dək yekunlaşması nəzərdə tutulub.

Trend-in əldə etdiyi məlumata görə, hər iki GES-in inteqrasiyası ilə əlaqədar işlərin icrası üzrə “Azərenerji” ASC və Energetika Nazirliyi icraçı qurum kimi müəyyənləşib.

Qeyd edək ki, 2024-cü ilin iyun ayında “Masdar” və SOCAR Azərbaycanda ümumi gücü 1 giqavat (GVt) olan Günəş və külək enerjisi üzrə üç iri layihənin gerçəkləşdirilməsinə start veriblər.

Söhbət üç layihədən gedir: Biləsuvarda 445 MVt gücündə günəş elektrik stansiyası, Neftçalada 315 MVt gücündə günəş elektrik stansiyası və Abşeron-Qaradağ regionunda 240 MVt gücündə yerüstü külək elektrik stansiyası. Bu layihələr üzrə investisiya sazişləri 2023-cü ilin oktyabr ayında əldə olunub, bundan sonra elektrik enerjisinin alqı-satqısı, şəbəkəyə qoşulma və torpaq icarəsi ilə bağlı sazişlər imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti