...

21 nəqliyyat vasitəsi özəlləşdirilib

İqtisadiyyat Materials 9 Aprel 2026 20:51 (UTC +04:00)
21 nəqliyyat vasitəsi özəlləşdirilib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aprelin 7-də keçirilən hərracda 21 nəqliyyat vasitəsi satılıb.

Trend bu barədə dövlət xidmətinə istinadən xəbər verir.

Qeyd edək ki, cari ay üzrə növbəti hərraclar 14, 21 və 28 aprel tarixlərində keçiriləcək. Ümumilikdə hərraclara 3 obyekt və 102 nəqliyyat vasitəsi çıxarılıb.

Daşınmaz əmlaklar Bakı, Sumqayıt və Şəki şəhərlərində yerləşir.

Hərraclarda iştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından seçim edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti