Bakı. Trend:
Xarici investor tərəfindən (BP) inşa olunan 240 MVt gücündə "Şəfəq" Günəş Elektrik Stansiyasının (GES) inteqrasiyası ilə əlaqədar işlərin icrasının bu ilin iyulun 1-dək yekunlaşması nəzərdə tutulub.
Trend-in əldə etdiyi məlumata görə, GES-in inteqrasiyası ilə əlaqədar işlərin icrası üzrə “Azərenerji” ASC və Energetika Nazirliyi icraçı qurum kimi müəyyənləşib.
Qeyd edək ki, Azərbaycanın Cəbrayıl rayonunda həyata keçirilən Şəfəq (Cəbrayıl) günəş layihəsi üzrə tikinti işləri plana uyğun olaraq davam edir. 2025-ci ilin iyun ayında yekun investisiya qərarından sonra investorları bp, "SOCAR Green" və Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) olan layihə üzrə iki əsas müqavilə imzalanıb: Mühəndislik, Təchizat və Tikinti (EPC) müqaviləsi.
Təxminən 117 milyon ABŞ dolları dəyərində olan bu müqavilə "Intec" və "Complant" şirkətlərinə verilib. Müqavilə mühəndislik, təchizat və tikinti xidmətləri üzrə bütün iş həcmini, eləcə də obyektin ilk iki il ərzində istismar və texniki xidmət işlərini əhatə edir. Layihə sahəsində hazırlıq işləri artıq tamamlanıb və hazırda tikinti prosesi torpaq işləri və daxili yolların çəkilməsi ilə davam edir.
