Bakı.Trend:
2025-ci ildə Serbiyanın Azərbaycana birbaşa investisiyaları 6,490 milyon ABŞ dolları təşkil edib.
Trend-in məlumatına görə, bu göstərici 2024-cü illə müqayisədə 6,271 milyon dollar və ya 29,6 dəfə artıb.
Məlumatlara əsasən, hesabat ilində Serbiyadan gələn investisiyaların Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində payı 0,1% olub.
2024-cü ildə Serbiyadan Azərbaycana birbaşa investisiyaların ümumi həcmi 219 min dollar təşkil edib.
Qeyd edək ki, 2025-ci ildə Azərbaycanın iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi 6,595 milyard ABŞ dollarını ötüb. Bu, 2024-cü ilin göstəricisi ilə müqayisədə 450,9 milyon ABŞ dolları və ya 6,4% azdır.
Eyni zamanda, hesabat dövründə Azərbaycandan xarici iqtisadiyyatlara yönəldilmiş birbaşa xarici investisiyaların həcmi 2,528 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ilin göstəricisindən 765,4 milyon ABŞ dolları və ya 43,4% çoxdur.
