...

İraq Hava Yolları daxili və beynəlxalq uçuşların bərpasını elan edib

Dünya xəbərləri Materials 9 Aprel 2026 02:51 (UTC +04:00)
İraq Hava Yolları daxili və beynəlxalq uçuşların bərpasını elan edib

Bakı. Trend:

İraq Hava Yolları daxili və beynəlxalq uçuşların mərhələli şəkildə bərpasını elan edib.

Trend xəbər verir ki, bu barədə şirkətin yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, milli aviadaşıyıcının uçuşları cari ilin aprelin 10-dan etibarən yenidən həyata keçiriləcək. Bu addım daxili və beynəlxalq hava nəqliyyatının tənzimlənməsi, həmçinin bütün texniki və əməliyyat tələblərinin tamamlanmasından sonra atılır.

Şirkətin baş direktoru Manaf Əbdülmunim Acil bildirib ki, birinci mərhələdə paytaxt Bağdad ilə Ərbil, Süleymaniyyə və Bəsrə şəhərləri arasında daxili reyslər təşkil olunacaq. Bununla yanaşı, İstanbul, Qahirə və Amman istiqamətlərinə beynəlxalq uçuşların da bərpası planlaşdırılır.

Eyni zamanda vurğulanıb ki, əməliyyat şəraitinin davamlı qiymətləndirilməsi və aidiyyəti qurumlarla koordinasiya çərçivəsində digər istiqamətlər üzrə uçuşların da mərhələli şəkildə bərpası nəzərdə tutulur.

Şirkət sərnişinləri biletlərin rəsmiləşdirilməsi üçün rəsmi satış ofislərinə müraciət etməyə və ya elektron bron xidmətlərindən istifadə etməyə çağırıb.

Xəbər lenti

Xəbər lenti