...

Azərbaycanda şəxsiyyət vəsiqəsi və pasport almaq onlayn olacaq?

Cəmiyyət Materials 9 Aprel 2026 12:35 (UTC +04:00)
Azərbaycanda şəxsiyyət vəsiqəsi və pasport almaq onlayn olacaq?
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda dövlət xidmətlərinin rəqəmsallaşdırılması çərçivəsində şəxsiyyət vəsiqələri və ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi ilə bağlı yeni mərhələ müəyyənləşdirilib.

Trend-in əldə etdiyi məlumata görə, sözügedən xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən həyata keçirilməsi planlaşdırılır.

Belə ki, Daxili İşlər Nazirliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə iyunun 1-dək xidmətlərin rəqəmsallaşdırılmasının mümkün mərhələlərini müəyyən etməli, bu istiqamətdə konseptual sənəd hazırlayaraq aidiyyəti üzrə təqdim etməlidir.

Həmçinin, iyulun 1-dək qeyd olunan xidmətlərin konseptual sənədə uyğun şəkildə rəqəmsallaşdırılması təmin olunacaq.

Bundan əlavə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Daxili İşlər Nazirliyi ilə birlikdə sentyabrın 15-dək xidmətlərin "mygov" platforması üzərindən istifadəyə verilməsini təmin etməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti