Bakı.Trend:
Paytaxtın Binəqədi rayonu ərazisində nəqliyyat vasitəsinin idarə edilməsin azyaşlıya həvalə edilib.
Bu barədə Trend-ə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.
Bildirilib ki, sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb.
Məlum olub ki, “Hyundai” markalı avtomobilin sürücüsü Telman Rüstəmov nəqliyyat vasitəsinin idarə edilməsini azyaşlıya həvalə edib. Həmin şəxs barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati məsuliyyət tədbirləri tətbiq olunub.
“Baş Dövlət Yol Polisi İdarəsi bir daha diqqətə çatdırır ki, nəqliyyat vasitəsinin idarə edilməsinin azyaşlıya həvalə olunması qanunazidd olmaqla yanaşı, yol hərəkəti təhlükəsizliyi üçün ciddi təhdid yaradır. Nəqliyyat vasitəsi sahiblərindən və valideynlərdən tələb olunur ki, bu kimi hallara qətiyyən yol verməsinlər”,-məlumatda qeyd edilib.
