...

Azərbaycanda telekommunikasiya xəritəsi yaradılacaq

Cəmiyyət Materials 8 Aprel 2026 21:30 (UTC +04:00)
Azərbaycanda telekommunikasiya xəritəsi yaradılacaq
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Telekommunikasiya infrastruktur məlumatlarının xəritələnməsi və coğrafi informasiya sisteminin qurulması üçün platforma yaradılacaq.

Trend-in məlumatına görə, bu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi) tərəfindən həyata keçiriləcək.

Belə ki, telekommunikasiya xidmət təchizatçılarının şəbəkə xətləri barədə informasiyanı özündə birləşdirən telekommunikasiya infrastruktur məlumat bazası (“Genişzolaqlı Xəritələndirmə”) və coğrafi informasiya sisteminin mövcudluğu mümkün olacaq.

Platforma yaradılması 2026-cı il dekabrın 30-na kimi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti