...

Zelenski Putinlə görüşməyə hazırdır

Dünya xəbərləri Materials 9 Aprel 2026 12:02 (UTC +04:00)
Zelenski Putinlə görüşməyə hazırdır
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ukrayna Prezidenti Volodimir Zelenski hesab edir ki, Rusiya Prezidenti Vladimir Putinlə görüş ABŞ-da və ya Yaxın Şərqdə baş tuta bilər.

Trend xəbər verir ki, o bu barədə İtaliyanın RAI radiostansiyasına müsahibəsində bildirib.

“Putinlə görüşə hazıram. Qətiyyən nə Moskvada, nə də Kiyevdə. Amma görüşmək üçün çox yer var - Yaxın Şərqdə, Avropada, ABŞ-da”,- Zelenski bildirib.

Ukrayna prezidenti ABŞ-nin iştirakı ilə davam edən danışıqlar prosesindən də bəhs edib və qeyd edib ki, bu proses əsasənYaxın Şərqdə cəmləşib.

Bundan əvvəl Zelenski Rusiya-Ukrayna münaqişəsinin həlli üçün üçtərəfli görüşün alternativ variantını təklif edib.Onun fikrincə, danışıqlarda vasitəçi kimi çıxış edən ABŞ nümayəndə heyəti əvvəlcə Kiyevə, daha sonra isə Moskvaya səfər edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti