...

EIA maye karbohidrogentlərin hasilatı ilə bağlı proqnozlarını yeniləyib

Energetika Materials 8 Aprel 2026 20:51 (UTC +04:00)
EIA maye karbohidrogentlərin hasilatı ilə bağlı proqnozlarını yeniləyib
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ildə dünyada neft və digər maye karbohidrogenlərin hasilatı gündəlik 1,3 milyon barel azalaraq 106,30 milyon bareldən 104,27 milyon barelə enəcək.

Trend-in məlumatına görə, bu barədə ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) “Qısamüddətli enerji proqnozu” adlı aprel hesabatında bildirilir.

EIA-nın rüblər üzrə proqnozuna əsasən, 2026-cı ilin birinci rübündə dünya üzrə neft və digər maye karbohidrogenlərin hasilatı gündəlik 103,91 milyon barel, ikinci rübdə 99,18 milyon barel, üçüncü rübdə 105,70 milyon barel, dördüncü rübdə isə 108,23 milyon barel təşkil edib.

EIA-nın hesabatına görə, 2027-ci ildə dünyada maye karbohidrogenlərin hasilatı gündəlik 109,47 milyon barel səviyyəsində olacaq.

EIA-nın proqnozlarına əsasən, 2027-ci ilin birinci rübündə dünya üzrə neft və digər maye karbohidrogenlərin hasilatı gündəlik 108,34 milyon barel, ikinci rübdə 109,12 milyon barel, üçüncü rübdə 109,88 milyon barel, dördüncü rübdə isə 110,50 milyon barel təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti