Bakı. Trend:
UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk matçlarına yekun vurulub.
Trend-in məlumatına görə, son oyun günündə 3 qarşılaşma baş tutub.
İngiltərə təmsilçilərindən “Aston Villa” İtaliyada “Bolonya”ya 3:1 hesabı ilə qalib gəlib, “Nottingem Forest” Portuqaliyada “Portu” ilə heç-heçə edib – 1:1.
Almaniya “Frayburq”u isə öz meydanında İspaniyanın “Selta” komandasını 3 cavabsız qolla üstələyib.
Bu raundun açılış matçında Portuqaliya “Braqa”sı evdə İspaniyanın “Real Betis” kollektivi ilə bərabərə qalıb - 1:1.
Qeyd edək ki, 1/4 final mərhələsinin cavab oyunları aprelin 16-da keçiriləcək.