...

İsrail və Livan rəsmi danışıqlara başlayır

Dünya xəbərləri Materials 10 Aprel 2026 11:44 (UTC +04:00)
İsrail və Livan rəsmi danışıqlara başlayır
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail və Livan atəşkəsin əldə olunması və uzunmüddətli sülhün bərqərar edilməsi məqsədilə rəsmi danışıqlara başlayırlar.

Trend-in İsrail KİV-lərinə istinadən verdiyi məlumata görə, dialoq Vaşinqtonda hər iki ölkənin səfirlərinin iştirakı ilə diplomatik səviyyədə aparılacaq. Prosesin yerində birbaşa dəstəyi və əlaqələndirilməsi ABŞ-nin Livandakı səfiri Mişel İssa tərəfindən təmin ediləcək.

Qeyd olunur ki, rəsmi təmasların başlanması barədə qərar Vaşinqtonun regionda vəziyyətin sabitləşdirilməsinə yönəlmiş intensiv diplomatik səylərindən sonra qəbul edilib.

Xatırladaq ki, bu addımdan əvvəl İsrailin baş naziri Binyamin Netanyahu ilə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub. Söhbət zamanı Amerika lideri İsrail hökumətinin başçısından İsrail Müdafiə Qüvvələrinin (IDF) Livan ərazisindəki hədəflərə endirdiyi zərbələrin intensivliyini azaltmağı xahiş edib. Ağ Evin mövqeyinə görə, deeskalasiya planlaşdırılan İranla mümkün atəşkəsin pozulmasının qarşısını almaq və diplomatiya üçün əlverişli zəmin yaratmaq baxımından zəruridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti