...

Rusiyada yeniyetmə metro qatarına atəş açıb

Dünya xəbərləri Materials 10 Aprel 2026 12:37 (UTC +04:00)
Rusiyada yeniyetmə metro qatarına atəş açıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın paytaxtı Moskvada yeniyetmə hərəkətdə olan metro qatarına pnevmatik silahdan atəş açıb.

Trend bu barədə Rusiya KİV-ə istinadən xəbər verir.

Yerli polis idarəsi yeddinci sinif şagirdi olduğu deyilən həmin yeniyetmənin kimliyini müəyyən edib.

DİN rəsmisi İrina Volkun sözlərinə görə, polisə depoda iki vaqonun şüşələrinin sındırıldığı barədə məlumat daxil olub.

Hadisə qatarın açıq sahə ilə hərəkət etdiyi zaman Arbatsko-Pokrovskaya xəttinin “İzmaylovskaya” və “Pervomayskaya” stansiyaları arasında baş verib.

Daha sonra polis əməkdaşları hadisə yerinin yaxınlığında 7-ci sinif şagirdini saxlayıblar. O, etiraf edib ki, yaşıdları ilə birlikdə pnevmatik tapançadan metro qatarı istiqamətində bir neçə dəfə atəş açıb və nəticədə vaqonların şüşələri zədələnib.

Volk qeyd edib ki, yeniyetmə profilaktik söhbət üçün polis şöbəsinə aparılıb. Bundan əlavə, DİN nümayəndəsi bildirib ki, uşaq əvvəllər də avtobusun kənarında hərəkət etdiyi üçün polisin diqqət mərkəzinə düşüb.

Yeniyetmənin atasına qarşı valideynlik vəzifələrinin yerinə yetirilməməsinə görə iki inzibati xəta protokolu tərtib edilib. Məktəbli həmçinin Şərqi İzmaylovo rayonu üzrə yetkinlik yaşına çatmayanlarla iş bölməsində profilaktik qeydiyyata götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti