...

TANAP emissiyaların monitorinqi və dayanıqlılığın gücləndirilməsi üçün rəqəmsal platforma işə salıb

Energetika Materials 10 Aprel 2026 13:03 (UTC +04:00)
TANAP emissiyaların monitorinqi və dayanıqlılığın gücləndirilməsi üçün rəqəmsal platforma işə salıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Transanadolu Qaz Boru Kəməri (TANAP) konsorsiumu istixana qazı emissiyalarının monitorinqi və dayanıqlı inkişafın idarəetmə sisteminin təkmilləşdirilməsi üçün nəzərdə tutulmuş yeni rəqəmsal platformanı tətbiq edib.

Trend bu barədə konsorsiuma istinadən məlumat verir.

Layihə şirkətin daha geniş ekoloji və rəqəmsal strategiyası çərçivəsində həyata keçirilib.

TANAP-da bildirilib ki, şirkət yalnız enerji resurslarının nəqli ilə kifayətlənmir, eyni zamanda əməliyyat ehtiyaclarına uyğunlaşdırılmış, yerli olaraq hazırlanmış proqram həlli vasitəsilə “gələcəyi rəqəmsallaşdırır”.

Yeni sistem real vaxt rejimində emissiyaların izlənməsi və təhlilinə, həmçinin şirkətin dayanıqlı inkişaf hədəflərinə uyğun fəaliyyətə imkan verir. Beynəlxalq standartlara uyğunluğa, eləcə də gücləndirilmiş kibertəhlükəsizlik tələblərinə xüsusi diqqət yetirilir.

Platforma həmçinin böyük həcmli məlumatların şəffaf şəkildə emalını təmin edir ki, bu da TANAP-ın dayanıqlı inkişaf üzrə hesabatlılığının qlobal bençmark və standartlara uyğunlaşdırılmasına töhfə verir.

Bundan əlavə, sistemin tətbiqinin ekoloji və ESG hesabatlılığı ilə bağlı daxili proseslərin səmərəliliyini artıracağı gözlənilir.

Konsorsiumda vurğulanıb ki, layihə operator üçün strateji əhəmiyyət daşıyır və şirkət innovasiyalara, eləcə də ekoloji məsuliyyətə investisiyaları davam etdirəcək.

Qeyd edək ki, TANAP Cənub Qaz Dəhlizinin ən böyük hissəsidir və “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasil olunan qazın Türkiyənin qərb sərhədlərinə qədər nəqlini təmin edir.

TANAP-ın ümumi layihə gücü illik 16 milyard kubmetr qaz təşkil edir. Bu həcmin təxminən 6 milyard kubmetri Türkiyəyə tədarük olunur, qalan hissə isə Transadriatik boru kəməri vasitəsilə Avropaya yönəldilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti