Bakı. Trend:
İstilik təchizatı şəbəkəsinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər təsdiqlənib.
Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
- dəmir yollarının, avtomobil yollarının, boru kəmərlərinin, rabitə xətlərinin, digər kommunikasiya qurğularının və elektrik şəbəkələrinin layihələndirilməsi, tikintisi, quraşdırılması və sökülməsi ilə bağlı şəbəkənin mühafizə zonasından istifadə etmək zərurəti yarandığı hallarda;
- torpaq sahələrində həmin sahələrin müvəqqəti subasması ilə əlaqədar işlərin görülməsi;
- torpaq işlərinin aparılması və planlaşdırılması;
- quyuların quraşdırılması, şurf açılması və yerin təkindən nümunə götürülməsi məqsədilə geoloji-seysmik, geodeziya və başqa axtarış işləri;
- daşına bilən metal və ya ağac konstruksiyadan müxtəlif təyinatlı konteyner və ya köşklərin qoyulması.
Göstərilən işlərin şəbəkələrin mühafizə zonalarında aparılmasına dair rəsmi razılıq almış hüquqi və fiziki şəxslər həmin işlərin yerinə yetirilməsi zamanı şəbəkələrin istismarı üçün normal şərait yaradılmasını və zədələnməsinin qarşısının alınmasını, həmçinin insanların həyat və sağlamlığının təhlükəsizliyini təmin etməlidirlər. Mühafizə zonalarında göstərilən işlər görülərkən şəbəkənin istismarının dayandırılması zərurəti yarandığı hallarda şəbəkənin istismarının dayandırılması paylayıcı tərəfindən hüquqi və ya fiziki şəxslərin müraciəti əsasında həyata keçirilir.
Yeraltı şəbəkələrin tikinti konstruksiyalarından və ya boru kəmərlərinin kanalsız çəkilişində izolyasiya örtüyündən binalara, qurğulara və mühəndis şəbəkələrinə qədər olan şaquli məsafələr
|
Qurğular və mühəndis şəbəkələri |
Ən kiçik məsafələr (metr) |
|
Su kəmərinə, su novuna, qaz kəmərinə, kanalizasiyaya qədər |
0,2 |
|
Zirehli rabitə kabellərinə qədər |
0,5 |
|
Gərginliyi 35 kV-a qədər olan güc və nəzarət kabellərinə qədər |
0,5 (darısqallıq şəraitində 0,25) - 5-ci qeydin tələblərini gözləməklə |
|
Gərginliyi 110 kV-dan çox olan yağla doldurulmuş kabellərə qədər |
1,0 (darısqallıq şəraitində 0,5) - 5-ci qeydin tələblərini gözləməklə |
|
Telefon kanalizasiyasının blokuna və ya borularda olan zirehli rabitə kabellərinə qədər |
0,15 |
|
Sənaye müəssisələrinin dəmir yolu relslərinin oturacağına qədər |
1,0 |
|
Ümumi dəmir yolu şəbəkəsinin örtüyünün üstünə qədər |
2,0 |
|
Tramvay yollarının örtüyünün üstünə qədər |
1,0 |
|
Ümumi istifadəli I, II və III dərəcəli avtomobil yollarının örtüyünün üstünə qədər |
1,0 |
|
Küvetin dibinə və ya digər su kənarlaşdıran qurğuların və ya dəmir yolu torpaq yatağının əsasına qədər (istilik şəbəkələri bu qurğuların altında yerləşdikdə) |
0,5 |
|
Metropoliten qurğularına qədər (istilik şəbəkələri bu qurğuların üstündə yerləşdikdə) |
1,0 |
Yerüstü şəbəkələrin tikinti konstruksiyalarından və ya boru kəmərlərinin kanalsız çəkilişində izolyasiya örtüyündən binalara, qurğulara və mühəndis şəbəkələrinə qədər olan şaquli məsafələr
|
Qurğular və mühəndis şəbəkələri |
Ən kiçik məsafələr (metr) |
|
Dəmir yolu relslərinin başlığına qədər |
ГОСТ 9238 və ГОСТ 9720 üzrə “С”, “Сп”, “Су” qabaritləri |
|
Avtomobil yolunun hərəkət hissəsinin üstünə qədər |
5,0 |
|
Piyada yollarının üstünə qədər |
2,2 |
|
Tramvayın kontakt şəbəkəsinin hissələrinə qədər |
0,3 |
|
Trolleybusun kontakt şəbəkəsinin hissələrinə qədər |
0,2 |
|
Hava elektrikötürücü xətlərinin naqillərinin ən çox sallanması halında aşağıdakı gərginlikdə ( kV) |
|
|
1-ə qədər |
1,0 |
|
1-20 |
3,0 |
|
35-110 |
4,0 |
|
150 |
4,5 |
|
220 |
5,0 |
|
330 |
6,0 |
|
500 |
6,5 |
