Bakı.Trend:
Qazax şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Trend-in məlumatına görə, hadisə aprelin 9-da saat 17 radələrində baş verib.
Belə ki, 2000-ci il təvəllüdlü Kazımov Anar Rəhman oğlunun idarə etdiyi “BMW” markalı avtomobil şəhərin Səməd Vurğun küçəsində hərəkətdə olarkən yolu keçən piyada - 1952-ci il təvəllüdlü İsmayılov Faiq Məcid oğlunu vurub.
Nəticədə piyada aldığı ağır bədən xəsarətlərindən hadisə yerində həyatını itirib.
Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.
