Bakı.Trend:
İmtahanlar nə qədər çətin olur-olsun, ali təhsil müəssisələrinə eyni qədər insan qəbul edilir.
Trend xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Dövlət İmtahan Mərkəzinin yaradılmasının 10 illik yubileyi münasibətilə keçirilən “Qiymətləndirmə Sistemləri: Etimad, Şəffaflıq və İnnovasiya” mövzusunda beynəlxalq elmi-praktik konfransda bildirib.
Onun sözlərinə görə, imtahan suallarının çətinliyi ətrafında yaranan ajortajın cəmiyyət üçün faydası yoxdur:
"Ayrı-ayrı şəxslər bununla bağlı emosional davranış sərgiləyir
və və cəmiyyətin intahanlar ətrafındakı müzakirəsi düzgün
istiqamətdə aparılmır.
DİM hazırda Azərbaycan vətəndaşları haqqında əhatəli informasiyaya
malik bir qurumdur. Bu informasiyanın dəyərli bur xəzinə olduğuna
inanıram. Sovet təhsil sistemində ali təhsil müəssisələrinə qəbulun
müstəqillik illərindən şəffaf təşkil edilməsi Dövlət İmtahan
Mərkəzinin xalq və dövlət qarşısında nailiyyətidir. Vətəndaşların
böyük hissəsi bu ədalətli, şəffaf yanaşma sayəsində təhsil
müəssisələrində, dövlət qulluğunda fəaliyətdədir. Təhsildə tətbiq
edilmiş dəyişikliklərin nəticələrini tezliklə görmək olur. Təhsildə
dəyişiklik etməyin ən təsirli yolu imtahanlarda dəyişiklik
etməkdir", nazir qeyd edib.
