Bakı.Trend:
“Azəriqaz” İB-nin İT və Rəqəmsallaşma departamentinin rəisi İbayev Zabil Vəfaddin oğlu vəfat edib.
Trend xəbər verrir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, Zabil İbayev “Azəriqaz” İB-də əmək fəaliyyəti dövründə bir sıra məsul vəzifələrdə çalışıb.
08.08.2024–20.04.2025-ci illərdə idarəetmə aparatının Əməliyyat modelinin inkişafı və tənzimlənmə departamentinin Biznes proseslərinin təhlili və rəqəmsallaşma şöbəsinin rəisi vəzifəsində fəaliyyət göstərib.
21.04.2025–11.01.2026-cı illərdə Biznes proseslərinin təhlili və analitika departamentinin rəisi vəzifəsini icra edib.
12.01.2026-cı ildən etibarən isə İT və Rəqəmsallaşma departamentinin rəisi vəzifəsində çalışıb.
