...

Azərbaycan BMT ilə 2026–2030 üzrə yeni əməkdaşlıq mərhələsinə başlayır - Nazir müavini

İqtisadiyyat Materials 10 Aprel 2026 10:07 (UTC +04:00)
Azərbaycan BMT ilə 2026–2030 üzrə yeni əməkdaşlıq mərhələsinə başlayır - Nazir müavini
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan artıq 30 ildən çoxdur ki, BMT ilə sıx əməkdaşlıq edərək Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi, idarəetmə və institusional inkişaf, vətəndaşlar üçün bərabər inkişaf imkanlarının yaradılması və digər istiqamətlərdə ardıcıl addımlar atır.

Trend xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Anar Axundov bu gün Bakıda keçirilən BMT-nin Davamlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsinin Yüksək Səviyyəli Birgə Rəhbər Komitəsinin iclasında deyib.

"Bu tərəfdaşlıq qlobal prioritetlərin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair milli prioritetlər”lə uzlaşdırılmasına mühüm töhfə vermişdir. BMT ilə əməkdaşlıq çərçivəsində indiyədək əməkdaşlığa dair 5 Çərçivə Sənədi hazırlanmışdır və hazırda 2026–2030-cu illəri əhatə edən 5-ci Çərçivə Sənədi icra mərhələsinə daxil olur.

2021–2025-ci illəri əhatə edən əvvəlki Çərçivə Sənədi inklüziv artımın təşviqi, dövlət və sosial xidmətlər üçün institusional potensialın möhkəmləndirilməsi, ətraf mühitin qorunması və iqlim dəyişikliklərinə qarşı mübarizə kimi prioritet istiqamətləri əhatə etmişdir", - o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti