...

İranın keçmiş XİN rəhbəri hava zərbəsi zamanı aldığı xəsarətdən vəfat edib

Dünya xəbərləri Materials 10 Aprel 2026 11:05 (UTC +04:00)
İranın keçmiş XİN rəhbəri hava zərbəsi zamanı aldığı xəsarətdən vəfat edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İranın keçmiş xarici işlər naziri Kamal Xarazi ötən gecə dünyasını dəyişib. O, ötən həftə hava zərbəsi nəticəsində ağır yaralanmışdı.

Trend bu barədə İranın dövlət televiziyasına istinadən xəbər verir.

Xarazi islahatçı prezident Məhəmməd Xatəminin dövründə xarici işlər naziri vəzifəsini tutub, daha sonra öldürülmüş ali rəhbər ayətullah Əli Xameneinin xarici məsələlər üzrə müşaviri olub.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik, müvəqqəti atəşkəs barədə razılığa gəliblər Məlumatlara görə, razılaşma Pakistanın vasitəçiliyi ilə əldə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti