...

Sumqayıtda yol qəzası: sürücü avtomobildə sıxılı vəziyyətdə qaldı (VİDEO)

Hadisə Materials 10 Aprel 2026 09:27 (UTC +04:00)
Sumqayıtda yol qəzası: sürücü avtomobildə sıxılı vəziyyətdə qaldı (VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Bildirilib ki, hadisə şəhərin Yaşma bağları adlanan ərazisində qeydə alınıb. Dərhal FHN-in Sumqayıt Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, “Volvo” markalı yük avtomobili idarəetmədən çıxaraq reklam lövhəsinə çırpılıb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi texniki vasitələrin köməyi ilə sürücünü – 1975-ci il təvəllüdlü Sultanov Mahmud Sultan oğlunu avtomobildən çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti