...

Azərbaycanın süni intellekt bacarıqları Beynəlxalq Nəqliyyat Forumunun hesabatında yüksək qiymətləndirilib

Cəmiyyət Materials 10 Aprel 2026 13:40 (UTC +04:00)
Azərbaycanın süni intellekt bacarıqları Beynəlxalq Nəqliyyat Forumunun hesabatında yüksək qiymətləndirilib
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycanın süni intellekt sahəsində həyata keçirdiyi təşəbbüslər beynəlxalq səviyyədə növbəti dəfə tanınıb. Belə ki, Beynəlxalq Nəqliyyat Forumunun (BNF) dərc etdiyi “Bacarıqlar bizi irəli aparır: süni intellekt dövründə nəqliyyat sahəsində işçi qüvvəsinin bacarıqları – xülasə və nəticələr” adlı hesabatda ölkəmizin təcrübəsinə xüsusi yer ayrılıb.

Bu barədə Trend-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) məlumat verilib.

Bildirilib ki, hesabatda süni intellektin tətbiqi fonunda işçi qüvvəsinin bacarıqlarının inkişafı ilə bağlı siyasət yanaşmaları təhlil olunub və dövlətlər üçün əsas istiqamətlər müəyyən edilib. Bu çərçivədə “Azərbaycan Respublikasının 2025 – 2028-ci illər üçün süni intellekt Strategiyası” müsbət nümunə kimi göstərilib.

Xüsusilə vurğulanıb ki, Azərbaycanın yanaşması süni intellekti əmək bazarı üçün risk kimi deyil, peşəkar inkişaf üçün yeni imkan kimi təqdim edir. Strategiya çərçivəsində ictimaiyyətin süni intellekt barədə məlumatlılığının artırılması, etik və məsuliyyətli istifadənin təşviqi prioritet kimi müəyyən olunub. Bu məqsədlə Milli Süni İntellekt Mərkəzi nəzdində yaradılan Süni İntellekt Akademiyası vasitəsilə ilkin biliklərdən başlayaraq daha dərin STEM əsaslı təlim proqramları həyata keçirilir. Strategiya çərçivəsində müxtəlif dövlət qurumları üzrə 500 əməkdaş üçün təlim və 3000 nəfərlik süni intellekt mütəxəssisi icmasının formalaşdırılması nəzərdə tutulur.

Hesabatda ümumilikdə bildirilib ki, nəqliyyat sektorunda süni intellektin tətbiqi yalnız texnoloji deyil, eyni zamanda bacarıqların inkişafı və əmək bazarının transformasiyası məsələsidir. Bu baxımdan Azərbaycanın yanaşmasının beynəlxalq səviyyədə qeyd edilməsi ölkəmizin bu sahədə irəli sürdüyü siyasətin düzgün istiqamətdə olduğunu bir daha təsdiqləyir. Həmçinin Azərbaycanın süni intellekt, rəqəmsallaşma, innovasiya və insan kapitalının inkişafı üzrə həyata keçirdiyi ardıcıl siyasətin beynəlxalq səviyyədə tanındığını və digər ölkələrə nümunə təşkil etdiyini göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti