...

Bibiheybət yolunda bərpa işlərinə başlanıldı (VİDEO)

Cəmiyyət Materials 10 Aprel 2026 12:23 (UTC +04:00)
Bibiheybət yolunda bərpa işlərinə başlanıldı (VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

İntensiv yağıntıların fəsadlar yaratdığı Bibiheybət yolunda bərpa işlərinə başlanılıb.

Bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, ərazidə əlavə risklərin qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlər görülür.

Yolun dayanıqlılığının bərpası və hərəkətin təhlükəsizliyinin təmin olunması üçün ərazidə bərpa işləri aparılır.

“İnşaat Norma və Qaydaları”na uyğun yeni torpaq yatağı və yol əsası inşa edilir. Ardınca həmin hissəyə yeni asfalt örtüyü döşənəcək.

Eyni zamanda, ərazi boyu səth sularının kənarlaşdırılması üçün müvafiq işlər də həyata keçiriləcək.

Təmir-bərpa işləri qısa müddət ərzində yekunlaşdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti