...

Britaniya baş naziri məzuniyyətə çıxdı: tənqid hədəfinə çevrildi

Dünya xəbərləri Materials 11 Aprel 2026 10:50 (UTC +04:00)
Britaniya baş naziri məzuniyyətə çıxdı: tənqid hədəfinə çevrildi
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ prezidenti Donald Trampın İrana qarşı təhdidlər səsləndirdiyi bir vaxtda məzuniyyətə getdiyi üçün qalmaqalla üzləşib.

Trend xəbər verir ki, bu barədə Britaniyanın “Daily Express” (DE) nəşri yazır.

Məlumata görə, Starmer hazırda İspaniyada istirahətdədir.

“Çimərlikdən beynəlxalq fəaliyyətləri koordinasiya etmək mümkün deyil”, – məqalədə qeyd olunur.

Jurnalistlər xatırladıblar ki, Starmer vaxtilə ölkənin sabiq baş naziri Boris Consonun rəhbərlik etdiyi hökuməti ABŞ qoşunlarının Əfqanıstandan çıxarıldığı dövrdə məzuniyyətdə olduğuna görə tənqid etmişdi.

Bundan əvvəl Starmer bildirib ki, Trampdan bezib və onun sözləri ilə desək, amerikalı liderin İranda atdığı addımlar nəticəsində britaniyalıların üzləşdiyi iqtisadi qeyri-sabitlikdən “canı boğazına yığılıb”.

O, həmçinin NATO-ya dəstək ifadə edib və qeyd edib ki, İranda baş verən müharibə Böyük Britaniya ilə ABŞ arasında münasibətləri pisləşdirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti