...

Dağıstanda 800-ə yaxın ev su altında qalıb

Dünya xəbərləri Materials 11 Aprel 2026 17:33 (UTC +04:00)
Dağıstanda 800-ə yaxın ev su altında qalıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Dağıstanın doqquz yaşayış məntəqəsində 760-dan çox ev hələ də su altında qalmaqdadır.

Trend rus mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (MÇS) mətbuat xidməti məlumat yayıb.

“Regionun beş bələdiyyə qurumunda doqquz yaşayış məntəqəsi hələ də su altında qalır: ümumilikdə 762 yaşayış evi, 812 həyətyanı sahə və 76 avtomobil yolu sahəsi”, – məlumatda bildirilir.

Qurumdan əlavə edilib ki, daşqınlarla əlaqədar təşkil edilmiş 16 müvəqqəti sığınacaqda 524 nəfər qalır, onlardan 175-i uşaqlardır.

Xatırladaq ki, martın 28-də və aprelin 4-5-də yağan güclü yağışlar Dağıstanda genişmiqyaslı daşqınlara və torpaq sürüşmələrinə səbəb olub. Respublika rəhbərliyi Mahaçqala, Xasavyurt, Buynaksk, Dağıstan Odları və Kaspiysk şəhərlərində, eləcə də Dərbənd, Qarabudaqxent, Xasavyurt, Qumbet, Babayurt, Novolak və Kaytaq rayonlarında fövqəladə vəziyyət rejimi elan edib. Daha sonra regionda federal səviyyəli fövqəladə vəziyyət rejimi tətbiq olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti