...

ABŞ və İran rəsmiləri arasında görüş aprelin 11-də keçiriləcək

Dünya xəbərləri Materials 10 Aprel 2026 22:36 (UTC +04:00)
ABŞ və İran rəsmiləri arasında görüş aprelin 11-də keçiriləcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Pakistan ABŞ və İran arasında keçiriləcək danışıqların uğurla nəticələnməsi üçün bütün səylərini səfərbər edəcək.

Trend xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif xalqa müraciəti zamanı deyib.

O bildirib ki, ABŞ və İran nümayəndə heyətləri arasında görüş şənbə günü İslamabadda start götürəcək.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alırdı.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik, müvəqqəti atəşkəs barədə razılığa gəliblər. Məlumatlara görə, razılaşma Pakistanın vasitəçiliyi ilə əldə edilib.

Xəbər lenti

Xəbər lenti