Bakı. Trend:
Kambocanın kralı Norodom Sihamoni cümə günü bildirib ki, onda prostat xərçəngi aşkarlanıb və bu xəstəlik üzrə müalicə üçün Çinə yollanacaq. Diaqnoz ona məhz həmin ölkədə qoyulub.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, 72 yaşlı konstitusiyalı monarx qeyd edib ki, xərçəng Pekində yerləşən dövlət xəstəxanalarından birində aparılan tibbi müayinə zamanı aşkar edilib. O və anası – Kraliça ana Norodom Monineat fevral ayının sonunda planlı tibbi yoxlamalar üçün Çinə səfər etmişdilər.
Sihamoninin açıqlamasında xəstəliyin nə dərəcədə ciddi olduğu barədə məlumat verilməyib. Prostat xərçəngi adətən erkən mərhələdə aşkarlandıqda müalicə oluna bilir.
