...

Britaniya Hörmüzdən keçid üçün İrana ödəniş etməyəcək

Dünya xəbərləri Materials 10 Aprel 2026 16:16 (UTC +04:00)
Britaniya Hörmüzdən keçid üçün İrana ödəniş etməyəcək
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniya Hörmüz boğazından gəmilərin keçidi üçün İrana ödəniş etməyə razı deyil.

Trend xəbər verir ki, bunu Birləşmiş Krallığın baş naziri Kir Starmer Qətərdə (Dohada) ölkə rəhbərliyi ilə danışıqlardan sonra bəyan edib.

“Biz çox uzatmadan atəşkəsin müzakirəsinə keçdik. Belə bir hiss var ki, atəşkəs kövrəkdir və daha çox iş görülməlidir. Hörmüz boğazı həllin bir hissəsi olmalıdır. Gəmiçilik üçün hər hansı ödənişlərin və ya məhdudiyyətlərin tətbiqinin yolverilməz olduğu ilə bağlı çox aydın mövqe var”, – o, Sky News telekanalına müsahibəsində bildirib.

Qeyd edək ki, bu gün Starmer eyni zamanda Hörmüz boğazı ilə bağlı ABŞ Prezidenti Donald Trampla danışıqlar aparıb.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik, müvəqqəti atəşkəs barədə razılığa gəliblər Məlumatlara görə, razılaşma Pakistanın vasitəçiliyi ilə əldə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti