...

Türkiyənin keçmiş parlament sədri vəfat edib

Dünya xəbərləri Materials 11 Aprel 2026 15:45 (UTC +04:00)
Türkiyənin keçmiş parlament sədri vəfat edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Böyük Millət Məclisinin keçmiş sədri Hüsaməddin Cindoruk 92 yaşında dünyasını dəyişib.

Trend bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

Məlumata görə, siyasətçi 25 dekabr 2025-ci il tarixində evdə oksigen saturasiyasının aşağı düşməsi səbəbindən Koç Universiteti Xəstəxanasına çatdırılmışdı.

Uzun müalicədən sonra Cindoruk reanimasiya şöbəsinə yerləşdirilmişdi. Onun bu gün vəfat etdiyi bildirilib.

Ahmet Hüsaməddin Cindoruk (8 iyun 1933; İzmir) türk hüquqşünas və siyasətçidir. 1991–1995-ci illər arasında Türkiyə Böyük Millət Məclisinin sədri və 1993-cü ildə müvəqqəti prezident vəzifələrini icra edib.

Eyni zamanda Doğru Yol Partiyasının və Demokrat Türkiyə Partiyasının baş sədri olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti