...

Kamala Harris 2028-ci il prezident seçkilərində iştirak ehtimalını istisna etməyib

Dünya xəbərləri Materials 11 Aprel 2026 01:05 (UTC +04:00)
Kamala Harris 2028-ci il prezident seçkilərində iştirak ehtimalını istisna etməyib

Bakı. Trend:

ABŞ-nin sabiq vitse-prezidenti Kamala Harris bildirib ki, 2028-ci ildə keçiriləcək prezident seçkilərinə qatılma variantını nəzərdən keçirir.

Trend xəbər verir ki, o, bu barədə Nyu-Yorkda keçirilən forumda çıxışı zamanı danışıb.

Məlumata əsasən, Harris artıq yeni seçki kampaniyasının başlanğıcı kimi dəyərləndirilən bəzi addımlar atıb.

Qeyd edək ki, 2024-cü ilin yayında o, debatlarda zəif çıxış edən Co Baydenin yerinə prezidentliyə namizəd olmuş, lakin seçkilərdə Donald Trampa uduzmuşdu.

ABŞ-də növbəti prezident seçkilərinin 2028-ci ilin noyabrında keçirilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti