...

“Barselona”nın yarımmüdafiəçisi “Atletiko”nun transfer siyahısına düşüb

İdman Materials 10 Aprel 2026 23:52 (UTC +04:00)
“Barselona”nın yarımmüdafiəçisi “Atletiko”nun transfer siyahısına düşüb

Bakı. Trend:

"Atletiko"nun idman direktoru Mateu Alemani "Barselona" yarımmüdafiəçisi Mark Bernalın agentlərindən biri ilə görüş keçirib.

Trend “As”a istinadən xəbər verir ki, Madrid klubu yeni mövsüm üçün yarımmüdafiəni gücləndirmək istəyir və 18 yaşlı futbolçu onların diqqətində olan namizədlərdən biridir. Yayda “Barselona”nın oyunçu satacağı gözlənildiyi üçün “Atletiko” vəziyyəti yaxından izləyir.

Qeyd olunur ki, Bernal ötən mövsüm ciddi diz zədəsi alıb və uzun müddət oynamayıb. Hazırda isə o, bərpa prosesindədir və Hansi Flikin planlarına daxildir. Bu zədəni o, məhz “Atletiko”ya qarşı La Liqa matçında almışdı.

Cari mövsümdə Bernal çempionatda 17 oyunda iştirak edib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Xəbər lenti

Xəbər lenti