...

AİB 2025-ci ildə Qafqaz, Mərkəzi və Qərbi Asiyada iqtisadi artım barədə bəhs edib

İqtisadiyyat Materials 11 Aprel 2026 09:09 (UTC +04:00)
AİB 2025-ci ildə Qafqaz, Mərkəzi və Qərbi Asiyada iqtisadi artım barədə bəhs edib
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ildə Qafqaz, Mərkəzi və Qərbi Asiya regionunda iqtisadi artım 4,6% təşkil edib.

Trend xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının Qafqaz, Mərkəzi və Qərbi Asiya üzrə baş iqtisadçısı Corc Luarsabişvili (George Luarsabishvili) Bakıda "Asian Development Outlook 2026" icmalının təqdimatı zamanı bildirib.

“Subregion ölkələrinin əksəriyyətində artım gözləniləndən yüksək olub və bu, əsasən Qazaxıstanda yüksək iqtisadi aktivliklə şərtlənib”, – Luarsabişvili bildirib.

Onun sözlərinə görə, 2025-ci ildə Asiya-Sakit okean regionunun inkişaf etməkdə olan ölkələrinin iqtisadi artımı gözləniləndən yüksək olub və 5,4% təşkil edib.

“Bu, sabit istehlak, ixracın davamlı artımı, eləcə də Hindistan iqtisadiyyatının yüksəlişi hesabına mümkün olub və bu amillər Çin Xalq Respublikasında artım tempinin yavaşlamasını kompensasiya edib”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, 2025-ci ildə Asiya-Sakit okean regionunun inkişaf etməkdə olan ölkələrinin iqtisadi artımı gözləniləndən yüksək olub və 5,4% təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti