...

Avrozonada inflyasiya əhəmiyyətli dərəcədə yüksəlib

Dünya xəbərləri Materials 11 Aprel 2026 03:39 (UTC +04:00)
Avrozonada inflyasiya əhəmiyyətli dərəcədə yüksəlib

Bakı. Trend:

Yaxın Şərqdəki müharibə ilə əlaqədar neftin qiymətlərinin kəskin artması Avrozonada inflyasiyanın əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb olub.

Trend xəbər verir ki, Aİ-nin Statistika İdarəsinin (Eurostat) məlumatına əsasən, Avrozonada illik inflyasiyanın bu ilin martında 2,5 faiz təşkil edib. Bu göstərici fevralda qeydə alınan göstəricidən (1,9 faiz) çoxdur. Bununla da inflyasiya 2025-ci ilin yanvarından bəri ən yüksək həddə çatıb.

Bununla belə, enerji qiymətlərinin yüksək artımı fonunda inflyasiyanın göstəricisi analitiklərin gözlədiyindən aşağı olub. İqtisadçılar orta hesabla inflyasiyanın 2,6 faizə yüksələcəyini proqnozlaşdırırdılar. Avropa Mərkəzi Bankı (AMB) inflyasiyanı 2 faiz səviyyəsində saxlamağı hədəfləyir.

“Eurostat”ın məlumatına əsasən, fevralda enerji qiymətləri illik müqayisədə 3,1 faiz azaldığı halda, martda bu göstəricinin 4,9 faiz artdığı ehtimal olunur. Qida məhsulları, alkoqol və tütün qiymətləri illik müqayisədə 2,4 faiz, xidmətlər isə 3,2 faiz bahalaşıb.

Məlumata əsasən, ən yüksək inflyasiya Xorvatiyada (4,7 faiz), Litvada (4,5 faiz), Lüksemburqda (3,8 faiz) və Slovakiyada (3,7 faiz) qeydə alınıb. Ən aşağı qiymət artımı Kipr, İtaliya (hər biri 1,5 faiz) və Fransada (1,9 faiz) müşahidə olunub.

Xəbər lenti

Xəbər lenti