...

İlqar Quliyev öz həyatı ilə gələcək nəsillərə nümunədir - Elşad Həsənov

Cəmiyyət Materials 11 Aprel 2026 15:15 (UTC +04:00)
İlqar Quliyev öz həyatı ilə gələcək nəsillərə nümunədir - Elşad Həsənov
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

İlqar Quliyevin həyat və xidmət yollarından bəhs edən “Zabit ömrü” kitabının məhz mərhum polkovnikin yubiley gününədək ərsəyə gətirib çatdıra bilmək böyük işdir.

Trend xəbər verir ki, bu fikirləri Azərbaycan təhlükəsizlik orqanlarının polkovniki, yazıçı-publisist İlqar Əhmədoğlu Quliyevin (1956–2025) anadan olmasının 70 illiyinə həsr olunmuş anım tədbirində “Azərbaycanın fədakarlıq məktəbi” layihəsinin rəhbəri Elşad Həsənov çıxışı zamanı deyib.

O, kitabın tərtibatçılarına təşəkkür edib və mərhum polkovniklə bağlı xatirlərini bölüşüb:

“Mən “Azərnəşr”də redaktor olanda İlqar müəlim “Yazıçı” nəşriyyatında çalışırdı. Həmişə onu sakit səmimi çalışqan biri kimi tanımışam. 1990-cı illərdə Azərbaycan dilində yaza bilən az idi. O, öz dilimizi mükəmməl bilirdi. İlqar Quliyev dövlət təhlükəsizlik orqanlarında çalışanda böyük nüfuz qazanıb”.

E.Həsənov əlavə edib ki, İlqar Quliyev öz həyatı ilə gələcək nəsillərə nümunədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti