...

Pakistan İran və ABŞ-a Hörmüzdə birgə patrul xidməti təklif edib

Dünya xəbərləri Materials 12 Aprel 2026 05:38 (UTC +04:00)
Pakistan İran və ABŞ-a Hörmüzdə birgə patrul xidməti təklif edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İslamabadda İran və ABŞ arasında danışıqlar zamanı Pakistan Hörmüz boğazında gəmiçiliyin tənzimlənməsi təklifini irəli sürüb və bu təklifə birgə patrul xidməti də daxildir.

Trend-in məlumatına görə, bu barədə "Əl-Cəzirə" Pakistan hökumətindəki mənbəyə istinadən məlumat yayıb.

"Pakistan Hörmüz boğazında gəmilərin keçidinin tənzimlənməsi təklifini irəli sürüb. Bu təklif boğazda birgə patrul xidmətlərinin aparılmasını nəzərdə tutur", - deyə mənbə bildirib.

Bundan öncə “Financial Times” qəzeti xəbər yaymışdı ki, Pakistanda aparılan ABŞ-İran danışıqlarında “Hörmüz boğazına nəzarət” məsələsi əsas müzakirə predmeti olub və bununla bağlı razılıq əldə edilməyib. Danışıqların bu gün davam edəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti