Bakı. Trend:
Futbol üzrə Misli Premyer Liqasında XXVII turun daha bir oyunu keçirilib.
Trend-in məlumatına görə, ilk matçda meydana "Şamaxı" və “Qarabağ" komandaları çıxıblar. Şamaxı şəhər stadionunda təşkil olunan görüşdə qapılara qol vurulmayıb.
Bu nəticədən sonra "Qarabağ" 56 xalla turnir cədvəlində ikinci, "Şamaxı" isə 32 xalla yeddinci pillədə qərarlaşıb.
