...

İranın təklifləri əsasında tələbləri Pakistan tərəfinin diqqətinə çatdırılıb – Bəqai

Dünya xəbərləri Materials 11 Aprel 2026 16:34 (UTC +04:00)
İranın təklifləri əsasında tələbləri Pakistan tərəfinin diqqətinə çatdırılıb – Bəqai
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran və ABŞ arasında danışıqlarla əlaqədar İranın 10 maddəlik təklifləri əsasında tələbləri Pakistan tərəfinin diqqətinə çatdırılıb.

Trend-in məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai İslamabadda İran mediasına açıqlamasında deyib.

Onun sözlərinə görə, İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafın başçılıq etdiyi heyətin İslamabada səfəri ilə bir növ müzakirələr başlanmış hesab olunur.

Bəqai bildirib ki, hazırda İran və Pakistan tərəfləri arasında danışıqlar davam etdirilir və fikir mübadiləsi aparılır.

Nazirlik rəsmisi əlavə edib ki, İran tərəfi üçün heç bir naməlum hal olmadan öz rəyini bəyan etməsi önəmlidir.

Qeyd edək ki, ABŞ, İsrail və İran arasında müharibə 41 gün davam edib. Müharibə ilə əlaqədar Pakistanın vasitəçiliyi ilə tərəflər arasında iki həftəlik atəşkəs elan olunub.

ABŞ və İran arasında müzakirələrin yaxın saatlarda İslamabadda baş tutacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti